Bayraqdar.info – “YAŞAT” Fondu tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.
Bu barədə bayraqdar.info-ya verilən məlumata görə, ağır yaralanan daha 6 qazi “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.
Fond tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək. “YAŞAT” Fondu qazilərin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.
Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 100 qazi müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 37-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.