Press "Enter" to skip to content

Qırğızıstan “Azərbaycanın Dostu”nu Azərbaycana səfir göndərir

Bayraqdar.info – İyunun 7-də Qırğızıstan Cogorku Keneşinin (parlament) Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsi ölkənin Azərbaycana təyin ediləcək yeni səfirini təsdiqləyib. Bu, “Azərbaycanın Dostları” Klubunun rəhbəri Kayrat Osmonaliyevdir.

Xəbəri bayraqdar.info-ya Orta Asiyadakı media tərəfdaşımız Golden Bridge News verib.

Bişkekdəki digər mənbələrimiz də xəbəri təsdiqləyib. K.Osmonaliyevin səfir kimi təyinatında son mərhələ Prezident Sadır Caparovun bununla bağlı uyğun təyinatı imzalaması olacaq. Mənbələrimiz bu yöndə hər hansı problemin gözlənilmədiyini bildirir.

Mənbələrimiz əlavə olaraq bildirir ki, K.Osmonaliyev Azərbaycana rəğbəti ilə seçilən təcrübəli bir dövlət adamıdır. O, 44 günlük Vətən müharibəsi günlərində Qırğızıstan ictimai rəyində Azərbaycana dəstək məsələlərində də fərqlənib.

Qeyd edək ki, Qırğızıstanla Azərbaycan arasında münasibətlər dostluq və qardaşlıq səviyyəsində olsa da son illər bəlli bir soyuqluq hiss edilir. Əsasən də Azərbaycan tərəfinin Qırğızıstana gərəkli diqqət ayırmadığı hiss edilməkdədir. Bunun səbəbləri isə çox da dərində deyil. Ümid etmək olar ki, yeni səfirin Azərbaycana gəlməsindən sonra diplomatik hərəkətlilik yeni müstəviyə çıxarılacaq və Azərbaycan Qırğızıstan insanlarının gözlədiyi diqqəti göstərəcək.

Qırğızıstan yeddi müstəqil türk dövlətindən biri olmaqla bu yöndə Azərbaycanla bütün sahələrdə işbirliyi etmək üçün ən uyğun ölkədir. O baxımdan Azərbaycanın Bişkekdəki səfirliyinin də daha fəal olmasına ehtiyac duyulduğunu nəzakətli bir şəkildə qeyd etmək yerinə düşür…

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.