Press "Enter" to skip to content

İsrail Azərbaycanla səhiyyə sahəsində işbirliyindən məmnundur

Bayraqdar.info – Azərbaycan Səhiyyə nazirinin birinci müavini, Səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Corc Diki qəbul edib.

Məlumat bayraqdar.info-ya Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən verilib.

Məlumatda deyilir ki, görüşdə İsrailin Xarici İşlər Nazirliyinin Asiya və MDB ölkələri ilə iqtisadi əməkdaşlıq departamentinin direktoru Mixael Lotem və İsrail səfirliyinin digər rəsmiləri də iştirak edib.

Səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və gücləndirilməsinin yeni perspektivləri müzakirə edilib.

T.Musayev diqqətə çatdırıb ki, bütün sahələrdə olduğu kimi, səhiyyə və tibb elmi sahəsində də əməkdaşlıq nümunəvidir.

“İsrail yüksək səviyyəli təhsil və səhiyyə sisteminə malik ölkələrdən biridir. Bunu əsas tutaraq, səhiyyə sahəsində əməkdaşlıqdan məmnunuq. Səhiyyəyə aid olan digər yüksək texnologiya sahələrində – virusologiya, mikrobiologiya və COVID-19 pandemiyası ilə gündəmə gəlmiş istiqamətlərdə əməkdaşlığımız konsturiktivdir”, – deyə nazir bildirib.

Görüş zamanı İsrailin əczaçılıq şirkətlərinin Azərbaycanda təmsil olunması məsələsi, həmçinin, yüksək keyfiyyətli tibbi avadanlıqlar sənayesinin Azərbaycanda istifadəsindən də danışılıb.

Mission News Theme by Compete Themes.