Bayraqdar.info – Futbol üzrə Avropa çempionatına akkreditasiyadan keçmiş şəxslərin Abşeron dairəvi dəmir yolu ilə ödənişsiz daşınmasına başlanılıb.
Bu, akkreditasiyadan keçmiş şəxslərin çempionat müddətində oyunlara hazırlıq mərhələləri və oyun günlərində nəqliyyata olan tələbatlarını qarşılamaq məqsədi daşıyır.
Xəbər “Azərbaycan Dəmir Yolları” QSC-dən verilib.
Bildirilib ki, akkreditasiyadan keçdiyini təsdiq edən sənədi olan hər bir şəxs iyulun 5-dək elektrik qatarları ilə ödənişsiz hərəkət imkanına malikdir.
Qeyd olunur ki, Bakı Avropa çempionatının üç qrup oyununa və 1/4 final mərhələsinin bir qarşılaşmasına ev sahibliyi edəcək. Bakıdakı oyunlar 12, 16, 20 iyun və 3 iyul tarixlərində keçiriləcək.