Son yeniləmə: 8 İyun 2021 17:38
Bayraqdar.info – Tehran bələdiyyəsi və şəhər şurası paytaxtın Narmək bölgəsində üç küçənin adını dəyişdirib.
Küçələrə 3 erməninin: Vartan Ağaxanyan, Alfred Gəbri və Paylak Avdiyanın adı verilib.
Tehranın erməni icmasının başçısı paytaxt rəhbərliyinin bu qərarını təqdir edib. O, bildirib ki, adı küçələrə verilən ermənilər İran-İraq müharibəsində həlak olanlardır.
Qeyd edək ki, son aylar İran hökumətinin erməni sevgisi güclənib. İkinci Qarabağ müharibəsindən sonra hökumət Tehran və İsfahanda bir neçə küçənin adını dəyişdirib və onlara erməni adı qoyub.
Şəhid Zarei küçəsi “Haraç Turusyan”, Şəhid Mədəni “Herand Avenisyan”, Şəhid Məhdəvi “Zorik Muradyan”a dəyişdirilib.
Qarabağın azad olunması uğrunda əməliyyat getdiyi vaxt İsfahan bələdiyyəsi də “erməni şəhidlərinin adlarını əbədiləşdirilməsi” barədə qərar qəbul etmişdi.
Onlar bunu İran-İraq müharibəsində həlak olan ermənilərin xatirələrinin əbədiləşdirilməsi ilə əlaqələndirirlər.
Lakin bu layihənin İran-İraq müharibəsindən uzun illər keçdikdən sonra həyata keçirilməsi haqlı suallar yaradır.
Qaynaq: GünAz.TV