Press "Enter" to skip to content

Bosniya və Herseqovina parlament nümayəndə heyəti ölkəmizdədir

Bayraqdar.info – İyunun 8-də Bosniya və Herseqovina Parlament Assambleyası Xalqlar Palatasının Sədri Bakir İzetbegoviçinin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.

Qonaqları Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli, parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Məzahir Əfəndiyev və digər rəsmi şəxslər qarşılayıblar.

Bosniya və Herseqovina Parlament nümayəndə heyəti Azərbaycan rəsmləri ilə bir sıra görüşlər keçirəcək, tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparacaq.

Səfər iyunun 10-da başa çatacaq.

Xəbər MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilib.

Mission News Theme by Compete Themes.