Press "Enter" to skip to content

Yaxın günlərdə Qırğızıstan Prezidenti Türkiyəyə səfər edəcək

Bayraqdar.info – Qırğızıstan Prezidenti Sadır Caparov iyunun 9-11-də Türkiyəyə rəsmi səfər edəcək.

Bu haqda xəbəri bayraqdar.info-ya Qırğızıstan Prezidentinin Administrasiyasından veriblər.

Səfər çərçivəsində Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanla ikitərəfli danışıqlar aparılacaq. İki ölkə rəhbəri ikitərəfli və çoxtərəfli işbirliyini müzakirə edəcək. Eyni zamanda Türk Keneşi çərçivəsində fəaliyyət müzakirə mövzusu olacaq.

Bundan başqa iki ölkə rəhbərinin də iştirakı ilə Qırğızıstan və Türkiyə arasında Strateji İşbirliyi Ali Şurasının toplantısı keçiriləcək.

Qırğızıstan Prezidentinin Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla da görüşü nəzərdə tutulur.

Əlavə olaraq Qırğızıstan və Türkiyə biznes forumunda da S.Caparovun iştirakı planlaşdırılır.

S.Caparovun səfər çərçivəsində Türkiyədəki qırğız diasporunun nümayəndələri ilə görüşünün olacağı da xəbər verilir.

Mission News Theme by Compete Themes.