Son yeniləmə: 7 İyun 2021 17:02
Bayraqdar.info – Tələbələrin yekun dövlət attestasiyası üzrə biliyinin qiymətləndirilməsinin təhsil müddətində əldə etdikləri nəticələr (ÜOMG) əsasında aparılması məqsədə müvafiq hesab edilib.
Bu barədə Təhsil Nazirliyindən xəbər verilib.
Bildirilir ki, tədris planının bütün şərtlərini yerinə yetirmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə (ÜOMG) uyğun olaraq dövlət attestasiyasından keçmiş hesab olunurlar.
Magistrlik dissertasiyasının məzmununa, yazılmasına, təqdim edilməsinə və müdafiəsinə qoyulan tələblər ali təhsil müəssisəsinin Elmi Şurası və AMEA tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyənləşdirilir.
Magistratura səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş tələbələr yekun attestasiyaya buraxılırlar.
Bakalavriat səviyyəsinin xüsusi qabiliyyət tələb edən ixtisaslar və əsas (baza ali) tibb təhsili ixtisasları üzrə yekun dövlət attestasiyası məcburidir. Bu, həm də magistratura səviyyəsində də bütün ixtisaslar üzrə tələb ediləcək.
Orta və ali təhsilin bakalavriat səviyyəsində əldə etdikləri nəticələrə (ÜOMG-yə) uyğun olaraq, yekun attestasiyanın qərarı ilə razılaşmayan tələbələr üçün dövlət attestasiya sınaqları təşkil olunacaq.
Orta və ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində imtahan sessiyalarının təşkili, tələbələrin biliyinin cari və aralıq qiymətləndirilməsi qaydaları təhsil müəssisələri və AMEA (magistratura səviyyəsi üçün) tərəfindən müəyyən edilir.