Press "Enter" to skip to content

Mevlüt Çavuşoğlu Fransa qəzetinə KKTC və Azərbaycandan danışdı

Son yeniləmə: 7 İyun 2021 15:15

Mevlüt Çavuşoğlu: Problem suverenlik və bərabərhüquqlu beynəlxalq statusun təmini nəticəsində həll edilə bilər

Bayraqdar.info – Türkiyə Kıbrıs probleminin ədalətli həlli istiqamətində tərəflərin əldə edəcəyi razılığı dəstəkləyəcək.

Kuzey Kıbrıs Türk Cümhuriyyətinin ölkəmizdəki nümayəndəliyindən bayraqdar.info-ya verilən məlumata görə, bunu Türkiyənin Xarici İşlər naziri Mevlüt Çavuşoğlu, Fransanın “L’Opinion” qəzetinə müsahibəsində bildirib.

Nazir daha öncəki danışıqlarda uğursuzluqların səbəbinə də toxunub və deyib: “Problem suverenlik və bərabərhüquqlu beynəlxalq statusun təmini nəticəsində həll edilə bilər”.

M.Çavuşoğlu müsahibəsində Şərqı Aralıq dənizində Türkiyə ilə Yunanıstan arasında yaşanan gərginliklə bağlı sualı da cavablandırıb. O, ortaya çıxan problemlərin həlli üçün Afina ilə mütəmadi olaraq müzakirələrin aparıldığını deyib.

Əlavə edək ki, M.Çavuşoğlu müsahibədə Azərbaycanla Ermənistan arasındakı münasibətlər haqqında da fikrini bildirib. O, ölkəsinin bu iki ölkə arasında davamlı sülhü dəstəklədiyini deyib. Eyni zamanda qeyd edib ki, tarix siyasi məqsədlər üçün alət edilməməlidir. “Tarixin təhrif edilməsi heç vaxt mübahisəni həll etməyib və ədalət gətirməyib”, – deyə M.Çavuşoğlu bildirib.

Nazir əlavə edib ki, ermənilərin əsassız iddiaları mane olmazsa, Türkiyə ilə Fransa birgə səylərlə Güney Qafqazın sabitliyinə daha yaxşı töhfə verə bilər.

Onu da qeyd edək ki, M.Çavuşoğlu sosial media hesabında da qeyd etdiyi kimi, “ikili ilişkiləri, Avropa Birliyi ilə işbirliyini ve bölgəsəl gəlişmələri müzakirə etmək üçün” iyunun 6-da Parisə yollanıb.

İyunun 7-də M.Çavuşoğlu ilə Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

Xəbəri bayraqdar.info-ya Azərbaycan XİN-dən veriblər.

Ehtimal etmək olar ki, M.Çavuşoğlu Avropa təmaslarında Azərbaycanla bağlı məsələlərin müzakirəsi baxımından bu danışığa gərək duyub.

Yazının redaktəsi və əlavələr Azər HƏSRƏTə aiddir.

Mission News Theme by Compete Themes.