Press "Enter" to skip to content

DİN vətəndaşlara və sürücülərə təşəkkür edib

Bayraqdar.info – Daxili İşlər Nazirliyi (DİN) Formula-1 yarışı ilə əlaqədar sürücülərə müraciət edib.

Müraciəti DİN yayıb. Müraciətdə deyilir:

“Bakıda keçirilən Formula-1 Azərbaycan Qran-Prisi ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq olundu. Sürücü və piyadaların mənzil başına təhlükəsiz çatmaları, nəqliyyatın fasiləsiz hərəkətinin təmin olunması məqsədilə polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət apardılar.

Məhdudiyyət tədbirlərini anlayışla qarşılayıb dəstəkləyən, DİN əməkdaşlarının çətin və məsuliyyətli fəaliyyətini yüksək qiymətləndirən bütün vətəndaşlara minnətdarıq. Eyni zamanda, polis əməkdaşlarının xidməti fəaliyyətini əks etdirən foto və videoları öz səhifələrində paylaşaraq onlara mənəvi dəstəklərini nümayiş etdirən sosial şəbəkə istifadəçilərinə dərin təşəkkürümüzü bildiririk”.

Mission News Theme by Compete Themes.