Press "Enter" to skip to content

Çimərlik güləşi üzrə milli komanda məşqləri davam etdirir – VİDEO

Bayraqdar.info – Çimərlik güləşi üzrə milli komanda məşqləri davam etdirir.

Azərbaycan Güləş Federasiyasından verilən xəbərdə deyilir ki, yay mövsümü başladığı üçün yığma komanda artıq açıq havada hazırlıq prosesini bərpa edib. Soyuq hava şəraitində Olimpiya Güləş Mərkəzində yerləşən çimərlik güləşi zalında məşqlər keçirilirdisə, artıq qarşıdan gələn yarışlara dəniz kənarında hazırlaşmaq imkanı yaranıb.

Növbəti belə məşqlərdən biri Novxanı çimərliyində baş tutub. Millinin baş məşqçisi Oyan Nəzəriani və gənclərdən ibarət yığmanın məşqçisi Əşrəf Əliyevin rəhbərliyi altında reallaşan hazırlıq prosesində yoxlama görüşləri də keçirilib.

Xəbərdə deyilir ki, çimərlik güləşi üzrə komandanın üzvləri üçün mövsüm gələn ay açılacaq. Güləşçilərimiz iyulun 16-17-də Fransada təşkil ediləcək Dünya Seriyasının ilk mərhələsində ölkəmizi təmsil edəcəklər.

Mission News Theme by Compete Themes.