Press "Enter" to skip to content

BAMF-dan “Avrasiya: Ortaq biotəhlükəsizlik məkanı” platforması

Bayraqdar.info – Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) “Avrasiya: Ortaq biotəhlükəsizlik məkanı platforması”nı həyata keçirir.

BAMF Azərbaycan, Rusiya və digər ölkələrdən mütəxəssisləri, alimləri və siyasətçiləri Qafqazda ortaq bioloji təhlükəsizlik sisteminin qurulmasını müzakirə etməyə dəvət edir.

Bu barədə bayraqdar.info-ya xəbər BAMF-dan verilib.

BAMF prezidenti Umud Mirzəyev bildirib ki, COVID-19 pandemiyasının inkişafı bütün bəşəriyyətə bioloji təhdidlərin təkbaşına aradan qaldırılmayacağını açıq şəkildə göstərib.

“Müqavimət göstərməyin yeganə yolu qüvvələri birləşdirməkdir. Ancaq burada realist qalmaq və ardıcıl hərəkət etmək lazımdır. Fikrimcə, ilk addım Qafqazda bioloji təhlükəsizlik üçün ortaq məkanın yaradılması olmalıdır. Praqmatik, ardıcıl və məsuliyyətli regional siyasət yürüdən Rusiya və Azərbaycan ayrı-ayrı ölkələrin də iştirakı ilə, bu məqsədə çatmağı hədəfləyir. Bu gün ölkələrimizin hökumətləri Cənubi Qafqazda nəqliyyat dəhlizi yaratmaq planları üzərində fəal işləyir.

“Prezidentlər İlham Əliyev və Vladimir Putinin bu təşəbbüsü təkcə Rusiya, Azərbaycan və Türkiyə arasında deyil, bütün Qafqaz, Yaxın Şərq və Orta Asiya ölkələri arasında intensiv inteqrasiyanın yeni mərhələsini başlada bilər”, – deyə U.Mirzəyev bildirib.

Mission News Theme by Compete Themes.