Bayraqdar.info – Azərbaycan Yunan-Roma güləşçiləri Macarıstanda təlim-məşq toplanışı keçirir.
Xəbər Azərbaycan Güləş Federasiyasından verilib.
Tokio Olimpiadasına hazırlıqlar intensiv şəkildə davam edir. Olimpiadaya lisenziya qazanan Rafiq Hüseynov (77 kq) və İslam Abbasov (87 kq) baş məşqçi Aleksandr Tarakanovun rəhbərliyi altında məşqlər aparır.
Yerli komanda ilə birgə mayın 25-dən Macarıstanda təlim-məşq toplanışına başlayan pəhləvanlar həm fiziki, həm də taktiki-texniki çalışmalarda iştirak edir.
Federasiyadan bildirilir ki, hər iki güləşçi iyunun 8-dən 13-nə kimi Polşanın paytaxtı Varşavada baş tutacaq beynəlxalq turnirdə qüvvəsini sınayacaq.