Press "Enter" to skip to content

ABŞ təmsilçisi Gürcüstanda Rusiya işğalını müzakirə edəcək

Bayraqdar.info – ABŞ Dövlət Departamentindən bayraqdar.info-ya daxil olan bilgiyə görə, Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə fəaiyyətdə olan köməkçisi Filip Riker iyunun 6-13-də Güney Qafqaza səfər edəcək.

Bildirilir ki, F.Riker Gürcüstana, Azərbaycana və Ermənistana gedəcək və orada rəsmilərlə görüşlər keçirəcək.

Görüşlərdə ikitərəfli və regional işbirliyi məsələləri müzakirə ediləcək. Eyni zamanda ABŞ-ın bölgə ölkələrinə demokratiya və iqtisadiyyat məsələlərində dəstəyi ifadə ediləcək.

F.Riker Gürcüstanda hökumət, müxalifət və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşəcək. Görüşlərdə Rusiyanın bu ölkənin torpaqlarını işğalı məsələsi də müzakirə ediləcək.

Azərbaycanla Ermənistanda isə F.Rikerin yalnız hökumət, vətəndaş cəmiyyəti və biznes nümayəndələri ilə görüşləri nəzərdə tutulur. Burada əsasən ikitərəfli münasibətlərin və Qarabağ məsələsinin müzakirəsi nəzərdə tutulur.

Mission News Theme by Compete Themes.