Son yeniləmə: 4 İyun 2021 13:09
Bayraqdar.info – Yasamal rayonu, Kənar Dairəvi yol ilə Dadaş Bünyadzadə küçəsinin kəsişməsində işıqforlar quraşdırılaraq yol hərəkəti iştirakçılarının hərəkət ardıcıllığı nizamlanıb.
Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, məqsəd ərazidə hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi, baş verən qəzaların qarşısının alınmasıdır. Dadaş Bünyadzadə küçəsindən çıxan nəqliyyat vasitələrinin hərəkətində yaranan çətinlik bu yolla aradan qaldırılıb.
Bayraqdar.info quruma istinadla bildirir ki, ərazidə işıqfor obyektləri və yol nişanları quraşdırılıb, nişanlanma xətləri təşkil edilib. Nizamlanan eyni səviyyəli piyada keçidi çəkilib, eyni səviyyəli piyada keçidinin önündə panduslar inşa olunub.
Nəticədə, kəsişmədə nəqliyyat axınları arasındakı mövcud ziddiyyət nöqtələri aradan qaldırılıb, hərəkətin növbəliliyi təmin olunub və əlçatanlıq səviyyəsi artırılıb.