Press "Enter" to skip to content

KKTC Cümhurbaşqanı Lokmacı keçid qapısını ziyarət edib

Son yeniləmə: 4 İyun 2021 11:51

Bayraqdar.info – Xəbər verdiyimiz kimi iki gün öncə Kıbrısda tərəflər arasındakı keçid qapılarının (sərhəd keçid məntəqəsi) açılmasına dair yekun razılıq əldə edilib. Razılaşmaya əsasən iyunun 4-də bütün keçid qapılarının 9-u da eyni anda açılır.

İyunun 3-də isə Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar ərazidəki mövcud durumu öyrənmək üçün Lokmacı keçid qapısını ziyarət edib.

KKTC Cümhurbaşqanlığından verilən məlumata görə, Ersin Tatar burada rəsmilər və yerli sakinlərlə görüşüb.

Xatırladaq ki, keçid qapılarının açılmasına dair razılaşma BMT tərəfindən də alqışlanıb. BMT Baş katibinin Kıbrıs məsələsi üzrə xüsusi təmsilçisinin müavini Elizabeth Speharın dəvəti əsasında iyunun 3-də KKTC Cümhurbaşqanı Ersin Tatarla rum tərəfinin lideri Nikos Anastasiadis arasında onlayn formatda görüş də keçirilib.

Əlavə edək ki, E.Tatar Lokmacı qapısını ziyarəti ilə bağlı sosial mediada paylaşım da edib.

Mission News Theme by Compete Themes.