Press "Enter" to skip to content

İyunun 7-dən “Pfizer” vaksini gəlir

Bolqarıstanda müayinə olunan 2 min 230 nəfərdən 305-də koronavirus aşkarlanıb

Bayraqdar.info – Səhiyyə Nazirliyindən verilən məlumata görə, iyunun 7-dən yeni növ koronavirus infeksiyasına qarşı vətəndaşlar “Pfizer” vaksinindən də istifadə edə biləcəklər.

Həmin vaksinin istifadəsinə Azadlıq prospekti, 112 ünvanında yerləşən Bakı Sağlamlıq Mərkəzində və Zərifə Əliyeva, 5 ünvanında yerləşən Mərkəzi Klinik Xəstəxanasının ambulatoriyasında başlanacaq.

18 yaşından yuxarı olan və əks göstəriciləri olmayan hər bir şəxs peyvənd oluna bilər.

Nazirlik bildirir ki, peyvəndin birinci dozası vurulduqdan 28 gün sonra ikinci dozanın vurulması üçün təkrar qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Çünki ilkin müraciət zamanı artıq ikinci doza üçün də eyni saat aralığına və məkana avtomatik elektron növbə verilir.

Nazirlik qeyd edir ki, “Pfizer” vaksini Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tanınıb.

Mission News Theme by Compete Themes.