Press "Enter" to skip to content

Dörd gün çəkəcək Uyğur Tribunalı işinə başlayıb – VİDEO – Canlı

Son yeniləmə: 4 İyun 2021 14:51

Bayraqdar.info – Aprelin 4-ü səhər saatlarında Londonda Uyğur Tribunalı işinə başlayıb. Tribunal Çin dövlətinin uyğurlara, qazaxlara və digər türk xalqlarına qarşı tətbiq etdiyi soyqırımı dəyərləndirir. Hazırda davam edən açıq dinləmələrdə bir neçə uyğur şahid ifadə verib.

İnternet üzərindən canlı yayımlanan dinləmələr ingilis və uyğur dilində aparılır.

Qeyd edək ki, Uyğur Tribunalı Dünya Uyğur Qurultayının rəhbəri Dolkun İsanın təşəbbüs və təklifi ilə qurulub.

Tribunalı Soyqırıma Reaksiya Koalisiyası (Coalition for Genocide Response) adlı qurum 3 sentyabr 2020-ci ildə təşkil edib. Dörd gün ərzində Çinin uyğurlara tətbiq etdiyi zülmü öz üzərində yaşamış şahidlər dindiriləcək və sonda məsələyə hüquqi qiymət veriləcək.

Əlavə edək ki, Çin dövləti sayı ən azı 20 milyon olan uyğur və digər türkləri daimi basqı altında tutur. Uyğurlar kütləvi şəkildə düşərgələrdə saxlanılır, onların ailə üzvlərinə qarşı insanlıq dışı münasibət sərgilənir.

Qırmızı Çin uyğur qadınları qısırlaşdırmaqla artımın qarşısını almaq kimi vəhşi bir yöntəm tətbiq etməkdədir.

Eyni zamanda bu zalım rejim kişilərini sürgünə göndərdikdən sonra evində yalnız qadınların qaldığı uyğur ailələrinə zorla xan çinli kişiləri yerləşdirib “inteqrasiya tərbiyəsi” həyata keçirir.

Bütün bu məsələlər Uyğur Tribunalında geniş müzakirə ediləcək.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.