Press "Enter" to skip to content

Erməni minası Az.TV və “AzərTAc”-ın əməkdaşlarını öldürdü – VİDEO – Yenilənir

Sirac Abışov

Son yeniləmə: 4 İyun 2021 14:28

Bayraqdar.info – Azərbaycan Televiziyasının operatoru, 1989-cu il təvəllüdlü Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.

Xəbəri iyunun 4-də “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC yayıb.

Qeyd edək ki, Ermənistanın işğalından azad edilmiş ərazilərdə həddən artıq mina döşənib. Ermənistan Azərbaycan torpaqlarını tərk etsə də mina xəritələrini təqdim etməkdən imtina edir. Ona görə də tez-tez dinc insanların minaya düşməsi halları baş verir.

Daxil olan əlavə bilgiyə görə, Az.TV-nin rejissoru Emin Məmmədov, sürücü və bir kənd sakini də hadisə nəticəsində yaralanıb.

AzərTAc-ın verdiyi xəbərə görə, jurnalistlərlə bərabər Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu da həlak olub.

 

Məhərrəm Əlioğlu

5 Comments

Comments are closed.

Mission News Theme by Compete Themes.