Son yeniləmə: 4 İyun 2021 20:07
Bayraqdar.info – Az öncə ATƏT-in Media Azadlığı üzrə Təmsilçisi Teresa Ribeiro iyunun 4-də Azərbaycanlı jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun minaya düşərək həlak olması, rejissor Emin Məmmədovun yaralanmasıyla bağlı münasibət bildirib.
ATƏT-dən bayraqdar.info-ya daxil olan xəbərə görə, T.Ribeiro bu hadisədən çox dərin narahatlıq keçirdiyini deyib.
“M.İbrahimov və S.Abışovun faciəli ölümü dəhşətli xəbərdir və mən onların yaxınlarına və həmkarlarına ən dərin başsağlığımı ifadə edirəm”, – deyə T.Ribeiro bildirib.
ATƏT təmsilçisi hüquq mühafizə qurumlarının məsələni araşdıracağına ümidini də ifadə edib.