Bayraqdar.info – “YAŞAT” Fondunun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün layihəsi davam edir.
Bu barədə bayraqdar.info-ya Fonddan məlumat verilib.
Qeyd edilib ki, şəhidlərimiz Rusif Kazımovun övladı Nuranyusifin, Xəqani Fətiyevin övladı Xəqaninin, Elvin Məmmədovun övladı Zəhraxanımın zəruri xərcləri Fond tərəfindən qarşılanıb.
Həmçinin şəhidlərimiz İbrahim Rüstəmlinin övladı İbrahimin, Əlisahib Ələkbərovun övladı Əlisahibin də zəruri xərclərini Fond üzərinə götürüb.
Bu məqsədlə min manat analara təqdim olunub və dünyaya yeni göz açan körpələrin adına 5 min manatlıq hesab açılacaq. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür.
Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və şəhid övladı 18 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.
Qeyd edək ki, bankla ana arasında bağlanmış müqaviləyə əsasən bəzi zəruri hallarda ana həmin vəsaiti daha tez çıxara biləcək. Həmçinin ana həmin məbləği istənilən valyutaya da dəyişə bilər.