Bayraqdar.info – Avrupa Parlamentinin (AP) millət vəkili Manolis K.Kefalogiannis (EPP – Xristiyan Demokratlar) bu qurumun sədri David Sassoliyə etiraz məktubu göndərib. Buna səbəb Avrupa Batı Trakya Türk Federasyonunun (ABTTF) AP millət vəkili François Alfonsinin (Yaşıllar/EFA) dəstəyilə iyunun 2-də keçirdiyi vebinar olub.
ABTTF-nin xəbərinə görə, M.Kefalogiannis məktubunda tədbirin mövzusunun guya Yunanıstan üçün tamamilə qaralayıcı mahiyyət daşıdğını yazıb. Xüsusilə də tədbirdə Yunanıstanın Avropa İnsan Haqları Məhkəməsi qərarlaırnı yerinə yetirməməsi barədə səslənən fikirlər onu özündən çıxarıb. Bu azmış kimi M.Kefalogiannis Batı Trakyada türk azlıq deyil, müsəlman azlığın olduğuunu iddia edib.
Lakin onun bu əsassız iddialarla dolu məktubu etirazlara səbəb olub. ABTTF Başqanı Halit Habip Oğlu, M.Kefalogiannisin bu məktubunun Yunanıstandakı demokratiya anlayışının necə qavrandığını sübuta yetirdiyini deyib. O, Yunanıstanda türklərə qarşı hücum və basqıların dözülməz olduğunu bildirib: “Demokratiya və hüququn üstünlüyü prinsiplərini heçə sayan bu zehniyyət üzündən adında türk kəlməsi keçən dərnəklərimizi qapadılır. Yenilərinin qurulmasına isə icazə verilmir”.