Bayraqdar.info – Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 6 qazi sağalaraq Vətənə dönüb.
Bu barədə “YAŞAT” Fondundan bayraqdar.info-ya bildirilib.
Şahmar Quliyev, Xəyyam Əliyev, Şəhriyar Quliyev, Səbuhi Eyvazov, Seymur Məmmədov və Ülvi Hüseynovun Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb. Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
Hazırda daha 62 qazinin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir. Onlar “YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq Qardaş ölkəyə müalicəyə göndərilib.
Fond qazilərin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.
Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün portala müraciət etmək lazımdır.
Fondun hesabatlılığı ilə də tanış olmaq mümkündür.
Həmçinin 8110 saylı Çağrı Mərkəzi fəaliyyət göstərir.