Bayraqdar.info – “Kıbrısda suveren, bərabərhüquqlu, müstəqil iki dövlətli həll yolu qətiyyətlə dəstəklənəcək”. Bu fikirlər Türkiyə Milli Güvenlik Kurulunun iyunun 2-də keçirilən iclasından sonra mətbuat üçün verilən açıqlamada öz əksini tapıb.
Toplantıdan sonra verilən açıqlamada Türkiyənin Kıbrıs məsələsinin birdəfəlik və ədalətli həllinə tərəfdar olduğu bildirilib. Bu məqsədlə Türkiyənin Kıbrıs türk xalqının hüquq və mənafelərini qorumaq üçün hər cür tədbir görməyə davam edəcəyi də bildirilib.
KKTC-nin Azərbaycandakı nümayəndəliyindən bayraqdar.info-ya verilən məlumatda belə deyilir.
Qeyd edilir ki, açıqlamada həmçinin bölgədə sülhü və təhlükəsizliyi qorumaq üçün mehriban qonşuluq çərçivəsində addımların atılmasının vacib olduğu vurğulanıb. Eyni zamanda Egeydə və Aralıq dənizində Türkiyənin hüquqlarının və mənafelərinin pozulmasına yönəlik təxribatçı hərəkətlərədən əl çəkilməsi istənilib.
Yeri gəlmişkən, KKTC Cümhurbaşqanı Ersin Tatar Twitter hesabındakı paylaşımında bu məqama toxunub: “Milli Güvenlik Kurulunun Kıbrıs davamıza verdiyi dəstəyə görə təşəkkür edirəm. Türkiyə Cümhuriyyəti ilə KKTC hər zaman birlikdə yoluna davam edəcək”.
Milli Güvenlik Kurulu’nun Kıbrıs davamıza verdiği desteğe teşekkür ediyorum. Türkiye Cumhuriyeti ile KKTC her zaman birlikte yoluna devam edecektir. pic.twitter.com/Mstdb8JaR8
— Ersin Tatar (@ErsinrTatar) June 2, 2021