Press "Enter" to skip to content

Kolumbiya mediası ermənilərin maliyyə fırıldaqlarını ifşa edib

Son yeniləmə: 3 İyun 2021 10:53

Bayraqdar.info – Kolumbiyanın nüfuzlu rəqəmsal mətbu orqanlarından olan “Las2Orillas”“Ola Politica” qəzetlərində “Müharibəni maliyyələşdirmək məqsədilə dələduzluq” başlıqlı məqalə dərc olunub. Tanınmış jurnalist Roberto Trobaxonun müəllifi olduğu məqalələrdə Ermənistan hökuməti və erməni diaspor təşkilatlarının maliyyə qanunsuzluqları ifşa edilib.

Bu barədə bayraqdar.info-ya Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.

Yazılarda Ermənistan hökuməti və erməni icma təşkilatlarının dünyanın müxtəlif ölkələrində yaşayan ermənilərdən humanitar məqsədlər adı altında kütləvi həcmdə maliyyə ianələri topladığı bildirilir. Bu vəsaitlərin Ermənistanın silahlanmasına və 44 günlük müharibə zamanı Azərbaycana qarşı hərbi əməliyyatlara qatılan muzdlulara sərf olunduğu xəbər verilir.

Müəllif bildirir ki, 44 günlük müharibə dövründə “Hayastan All Armenian Fund” tərəfindən ianə toplama kampaniyası aparılıb. Bu kampaniya çərçivəsində 73 müxtəlif ölkədə yaşayan çoxsaylı icma üzvlərindən 170 milyon ABŞ dolları məbləğində vəsait toplanıb.

Məqalələrdə xaricdə yaşayan ermənilərin etibarından sui-istifadə edilərək toplanmış həmin vəsaitin böyük hissəsinin müharibə dövründə gizli şəkildə Ermənistanın dövlət büdcəsinə köçürüldüyü bildirilir. Bunun Ermənistanın Azərbaycana qarşı apardığı müharibənin maliyyə xərclərini xaricdə yaşayan soydaşlarından dələduzluq, aldatma yoluyla topladığı vəsait hesabına qarşıladığına dəlalət etdiyi vurğulanır.

Ardınca sözügedən fondun daha əvvəllər də qanunsuz mənimsəmə hallarında adı keçdiyi qeyd edilir. Qurumun keçmiş direktoru Ara Vardanyanın 2018-ci ildə fondun böyük həcmli vəsaitlərini mərc oyunlarına sərf etdiyinə görə həbs olunduğu bildirilir.

Sonda sözügedən ianə toplama kampaniyasına dəstək olan bəzi iri beynəlxalq bankların adları çəkilir. Həmin maliyyə qurumlarına erməni diaspor təşkilatlarına aid hesabların təhlil edilməsi tövsiyə olunur.

Mission News Theme by Compete Themes.