Press "Enter" to skip to content

Daha 9 şəxsin əlillik təyinatı əsassız çıxdı

Bayraqdar.info – Əyani müayinələrin əsas məqsədi əlilliyin qiymətləndirilməsinin tam şəffaflaşdırılması, əsassız əlillik təyinatlarına yol verilməməsi və saxta təyinatların aşkar edilərək ləğv olunmasıdır.

Bu barədə bayraqdar.info-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Beləliklə, komissiya tərəfindən daha 21 şəxsin əyani müayinəsi aparılıb. Bunlar ötən illərdə hərbi səbəblərlə əlaqədar təyin edilmiş əlillik müddəti bitən, əlillik müddətinin uzadılması üçün barələrində e-sistemə göndəriş daxil edilmiş şəxslərdir. Müayinələr zamanı onlardan 9-nun diaqnoz və sağlamlıq durumunun əlillik təyinatına əsas vermədiyi müəyyən edilib.

Məlumatda o da bildirilib ki, əyani müayinələrin videoçəkilişləri aparılır, qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı təmin edilir. Bu dəfəki müayinədə Milli QHT Forumunun prezidenti Rauf Zeyni və “Cəmiyyət və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli iştirak edib.

Mission News Theme by Compete Themes.