Bayraqdar.info – İyunun 4-də Parisdə boks üzrə Avropa Olimpiya təsnifat turniri başlayacaq.
Qadın boksçulardan ibarət Azərbaycan milli komandası baş məşqçi Elbrus Rzayevin rəhbərliyi ilə turnirin keçiriləcəyi Fransaya yola düşüb.
İyunun 4-dən 8-nə kimi Parisdə təşkil olunacaq turnirdə iki qadın, beş kişi idmançımız qüvvəsini sınayacaq.
Xəbər iyunun 3-də Azərbaycan Boks Federasiyasından verilib.
Tokio Yay Olimpiya Oyunlarına vəsiqə uğrunda Məhsəti Həmzəyeva (57 kq) və Aynur Rzayeva (75 kq) mübarizə aparacaq.
Həmçinin, ölkə xaricində təlim-məşq toplanışında olan kişilərdən ibarət milli komandamız da turnirin keçiriləcəyi ölkəyə gedib.
Kişilərdən ibarət millimizdə – Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq) Lorenzo Sotomayor (69 kq), Alfonso Dominges (91 kq) və Məhəmməd Abdullayev (+91 kq) turnirdə çıxışını davam etdirəcək.
Federasiyadan o qeyd edilib ki, Avropa Olimpiya təsnifat turniri ötən il martın 14-də başlayıb. Lakin Londondakı yarış üç gündən sonra koronavirus pandemiyası üzündən dayandırılıb.