Press "Enter" to skip to content

Bakıda beynəlxalq dərəcəli hakimlər üçün seminar

Son yeniləmə: 3 İyun 2021 20:58

Bayraqdar.info – Dünya Karate Federasiyasının (WKF) hakimlər komitəsinin sədri, Tokio Olimpiadasında karate yarışlarının baş hakimi Havier Eskalante Bakıda səfərdədir. O, bura Azərbaycan Milli Karate Federasiyasının (AMKF) dəvəti ilə gəlib.

AMKF-dən verilən xəbərə görə, WKF rəsmisi iyunun 4-də milli hakimlər üçün beynəlxalq seminar keçirəcək. Tokio Yay Olimpiya Oyunlarının karate yarışlarının idarə olunmasına təyinat alan 15 beynəlxalq hakimdən biri Cahangir Babayev isə seminarda H.Eskalanteyə assistentlik edəcək.

Pandemiya şəraitində toplanmaq qaydaları ilə əlaqədar regionlardan olan hakimlər seminara onlayn qatıla biləcəklər. Seminar iştirakçılarına beynəlxalq sertifikatlar təqdim ediləcək.

Mission News Theme by Compete Themes.