Press "Enter" to skip to content

Atletika üzrə Azərbaycan çempionatı keçirilir

Bayraqdar.info – İyunun 3-də və 4-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda atletika üzrə Azərbaycan çempionatı keçiriləcək.

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Atletika Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə keçirilən turnirdə 90 idmançı iştirak edir.

Federasiyadan bayraqdar.info-ya verilən xəbərə görə, yarışlarda Azərbaycanın paytaxt klubları ilə yanaşı, regionlardan idmançılar da (oğlanlar və qızlar) öz qüvvələrini sınayırlar.

Qeyd edilir ki, yarışa iyunun 4-də yekun vurulacaq.

Mission News Theme by Compete Themes.