Press "Enter" to skip to content

Türkiyə Ali Məhkəməsinin Baş prokuroru “ASAN xidmət”də olub

Bayraqdar.info – Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Bekir Şahinin başçılıq etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Bu barədə bayraqdar.info-ya Dövlət Agentliyindən məlumat verilib.

Qonaqları salamlayan Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN xidmət”in yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Bildirilib ki, şəffaflığın artırılması, müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Qeyd edilib ki, bu günədək 44 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. “ASAN xidmət” 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına layiq görülüb. 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülüb.

Eyni zamanda görüş çərçivəsində müvafiq istiqamətlər üzrə Türkiyə tərəfi ilə davam edən uğurlu əməkdaşlıqdan və həyata keçirilən layihələrdən bəhs edilib.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar ”ASAN xidmət”ə gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Sonda Bekir Şahinə “ABAD”çı tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim olunub.

Mission News Theme by Compete Themes.