Press "Enter" to skip to content

Müsabiqə və olimpiadaların idarə olunmasında yeni mexanizmlər

Bayraqdar.info – “Təhsil Nazirliyinin təqdim etdiyi bütün elektron xidmətləri vahid məkanda birləşdirən platforma istifadəyə verilib. Vətəndaşlar platformada qeydiyyatdan keçməklə, öz şəxsi kabinetləri vasitəsi ilə rahatlıqla müvafiq elektron xidmətlərdən faydalana bilərlər. Bu xidmətlər sırasında hazırda “Müsabiqə və Olimpiadalar” bölməsi vasitəsi ilə respublika fənn olimpiadalarının təşkili həyata keçirilir. Olimpiadaların idarə olunmasında tətbiq olunan bu mexanizm proseslərin çevik və keyfiyyətli təşkilinə şərait yaradır.”

Bu sözlər Təhsil Nazirliyinin iyunun 2-də verdiyi xəbərdəndir.

Portalda qeydiyyatdan keçənlər ərizələrin elektron qəbulu, məlumatların izlənilməsi, iştirakçıların mükafatlandırılması, proseslərin avtomatlaşdırılması və nəticələrin təhlili bölümləri ilə tanış ola bilərlər. Bu bölümlərdə şagirdlər heç yerə getmədən öz şəxsi kabinetləri vasitəsi ilə keçirilən müsabiqə və olimpiadalar barədə məlumat əldə edir və iştirak üçün rahat şəkildə müraciət edə bilirlər. Müraciət göndərildikdən sonra sistemdə şagirdlərə imtahan tarixi, məkanı və digər detallar qeyd olunmuş buraxılış vərəqələri təqdim edilir. Şagirdlər, həmçinin, şəxsi kabinetlərində öz nəticələri, müsabiqə və olimpiadaların hazırda hansı mərhələdə olduğu və digər yeniliklər barədə məlumatları izləyə bilirlər. Bu, proseslərin mövcud statusu barədə çevik məlumat əldə edilməsini və istənilən məkandan yoxlanılmasını əlçatan edir.

Olimpiada və müsabiqədə uğurla iştirak etmiş şagirdlərə sistemdə elektron nailiyyət sənədləri (sertifikatlar) təqdim edilir. Şagirdin iştirak etdiyi bütün müsabiqələr, nailiyyətləri və sertifikatları sistemdə saxlanılır və şəxsi kabinetdə öz əksini tapır.

Sistem imtahan mərkəzlərinin təyin edilməsinə, müraciət edən şagirdlərin avtomatik olaraq imtahan mərkəzləri üzrə yerləşdirilməsinə, şagirdlərin ümumi siyahısına nəzarət etməyə, müvafiq hesabatların hazırlanmasına imkan verir.

Həmçinin, monitorinq imkanı illər üzrə keçirilən müsabiqə və olimpiada nəticələrinin təhlil olunmasına və şagird nailiyyətlərinə əsasən effektiv tədris strategiyalarının hazırlanmasına şərait yaradır.

Mission News Theme by Compete Themes.