Bayraqdar.info – İyunun 4-dən 2021-2022-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu prosesinə başlanılır. Proses 4-11 iyun tarixlərini əhatə edəcək.
Məlumat Təhsil Nazirliyindən verilib.
Bildirilir ki, müsabiqə 4 mərhələdən (elektron ərizələrin yoxlanılması, imtahan, boş yerlərin seçimi və müsahibə mərhələsi) ibarətdir.
Müsabiqənin ilk – elektron sənəd qəbulu mərhələsində namizədlər elektron portalda qeydiyyatdan keçə bilərlər.
Qeyd edilir ki, orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş şəxslər müsabiqədə iştirak edə bilərlər.
Həmçinin, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış vətəndaşlar və ya ölkəmizdə daimi yaşamaq üçün icazə verilmiş şəxslər də müsabiqədə iştirak edə bilərlər.