Press "Enter" to skip to content

Kıbrısda tərəflər arasındakı keçid qapıları rəsmən açılır

Ersin Tatar

Son yeniləmə: 2 İyun 2021 22:34

Bayraqdar.info – Kıbrısda tərəflər arasındakı keçid qapılarının açılmasına dair yekun razılıq əldə edilib.

Bu barədə Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatarın iyunun 2-də yayımlanmış açıqlamsında bildirilir.

KKTC Cümhurbaşqanlığından verilən məlumata görə, E.Tatar “Mart ayında bizim təklifimizlə başlayan danışıqlar bu gün tamamlanıb” deyə bildirib.

Açıqlamada daha sonra deyilir: “Gərgin müzakirələr nəticəsində tərəflər arasındakı keçid qapılarının işlək hala gəlməsi üçün Kıbrıs rum tərəfi ilə razılıq əldə edilib. Uzun fasilədən sonra bütün keçid qapıları – yəni 9 qapı eyni anda, iyunun 4-də açılacaq”.

E.Tatar hələ Baş nazir olduğu vaxtlarda bu qapıların açılması üçün səylər göstərdiyini də xatırladıb.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.