Son yeniləmə: 2 İyun 2021 22:34
Bayraqdar.info – Kıbrısda tərəflər arasındakı keçid qapılarının açılmasına dair yekun razılıq əldə edilib.
Bu barədə Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatarın iyunun 2-də yayımlanmış açıqlamsında bildirilir.
KKTC Cümhurbaşqanlığından verilən məlumata görə, E.Tatar “Mart ayında bizim təklifimizlə başlayan danışıqlar bu gün tamamlanıb” deyə bildirib.
Açıqlamada daha sonra deyilir: “Gərgin müzakirələr nəticəsində tərəflər arasındakı keçid qapılarının işlək hala gəlməsi üçün Kıbrıs rum tərəfi ilə razılıq əldə edilib. Uzun fasilədən sonra bütün keçid qapıları – yəni 9 qapı eyni anda, iyunun 4-də açılacaq”.
E.Tatar hələ Baş nazir olduğu vaxtlarda bu qapıların açılması üçün səylər göstərdiyini də xatırladıb.
[…] tərəflər arasındakı keçid qapılarının (sərhəd keçid məntəqəsi) açılmasına dair yekun razılıq əldə edilib. Razılaşmaya əsasən iyunun 4-də bütün keçid qapılarının 9-u da eyni anda […]