Press "Enter" to skip to content

İsrail özünün 11-ci Prezidentini seçib

Bayraqdar.info – İsrail mediasının verdiyi xəbərə görə, iyunun 2-də Knesset ölkənin 11-ci Prezidentini seçib. Bu, “Avoda” Partiyasının keçmiş rəhbəri və “Soxnut” Yəhudi Agentliyinin sədri İshaq Hersoqdur.

Gizli səsvermə zamanı deputatlardan 87 nəfəri İ.Hersoqun lehinə səs verib. 27 deputat digər namizəd – Miryam Peretsə səs verib. 6 deputat isə səsvermədə tərəfsiz olub.

İsrailin Baş naziri Binyamin Netanyahu yeni seçilmiş Prezidentlə görüşərək onu təbrik edib.

Yeni Prezident bəyan edib ki, istənilən hökumətlə işləməyə hazırdır. “Mən İsrailin bütün vətəndaşlarının prezidenti olacağam”, – deyə o, bildirib.

Yeni Prezidentin kimliyi həm də ona görə diqqət çəkir ki, o, İsrailin 6-cı Prezidenti Haim Hersoqun oğludur.

İ.Hersoqun 61 yaşı var və bioqrafiyası olduqca zəngindir.

Mission News Theme by Compete Themes.