Press "Enter" to skip to content

Dövlət qulluğu vəzifələrinə müsahibədə 97 namizəd uğur qazanıb

Dövlət İmtahan Mərkəzi

Bayraqdar.info – 31 dövlət orqanında 438 boş vəzifənin tutulması üçün mayın 3-dən başlanan müsabiqənin müsahibə mərhələsi davam edir.

Müsabiqə mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla inzibati dövlət qulluğu vəzifələrinin B növünə aiddir.

Dövlət İmtahan Mərkəzindən bayraqdar.info-ya bildirilib ki, müsahibəyə dövlət orqanları arasında ən çox boş vəzifə Kənd Təsərrüfatı Nazirliyi (281) tərəfindən təqdim olunub. Bu günə olan məlumata görə, müsahibədə iştirak edənlərdən 97 namizəd dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

Müsabiqənin müsahibə mərhələsində iştirak üçün 1 min 560 nəfər müraciət edib.

Müsahibələr iyulun 1-dək davam edəcək.

Mission News Theme by Compete Themes.