Press "Enter" to skip to content

Daxili uçuşlar zamanı sərnişinlərdən PCR testi tələb edilməyəcək

Nazirlər Kabineti

Bayraqdar.info – Nazirlər Kabineti “Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”a edilmiş dəyişikliklərlə bağlı izah verib.

Bu haqda bayraqdar.info-ya NK-nin Mətbuat xidmətindən xəbər veriblər.

“Dəyişikliklərə əsasən:

1) Azərbaycan Respublikasına uçuşlar icra edən bütün aviadaşıyıcılar hava gəmisində bütün sərnişinlərə “Özünütəcrid barədə bəyannamə”nin paylanmasını təmin edirdilər və Azərbaycan Respublikasına gəldikdən sonra pasport nəzarətindən keçərkən həmin Bəyannamənin doldurulmasının və təqdim edilməsinin zəruriliyi barədə məlumat verirdilər.

Artıq Azərbaycan Respublikasına uçuşlar icra edən bütün aviadaşıyıcılara qoyulan bu tələb ləğv olunur və həmin bəyannaməyə ehtiyac yoxdur.

2) Artıq ölkədaxili uçuşlar zamanı sərnişinlərdən COVID-19-a dair PCR test barədə arayış tələb olunmur.

Eyni zamanda ölkədaxili uçuşlar vasitəsilə Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn sərnişinlərdən tibbi personal tərəfindən COVID-19-a dair PCR testlərin keçirilməsi məqsədilə yaxmalar götürülür.”

Mission News Theme by Compete Themes.