Press "Enter" to skip to content

15 tələbə “IT HUB Azərbaycan” layihəsində iştirak hüququ qazanıb

Bayraqdar.info – İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” (4SİM) “StrategEast” təşkilatı ilə birgə “IT HUB Azərbaycan” layihəsinə başlayıb. Layihənin əsas məqsədi İKT sahəsinin inkişafının dəstəklənməsi, əmək bazarında bu sahədə ixtisaslı kadrların hazırlanması və işlə təmin edilməsindən ibarətdir.

Bu barədə bayraqdar.info-ya Nazirlikdən məlumat verilib. Bildirilib ki, baş ofisi ABŞ-da yerləşən “StrategEast” Avrasiya ölkələrində biliyə əsaslanan iqtisadiyyatın inkişafının sürətləndirilməsi istiqamətində fəaliyyət göstərən qeyri-hökumət təşkilatıdır.

Layihənin üstün tərəflərindən biri də ondan ibarətdir ki, təlimi müvəffəqiyyətlə bitirmiş tələbələr Azərbaycanda qalmaqla, iştirakçı xarici şirkətlərdə işlə təmin olunmaq imkanı əldə edirlər.

İlkin mərhələ üçün seçilmiş 3 universitetdən (Bakı Dövlət, Azərbaycan Texniki, Xəzər universitetləri) 30-dan artıq tələbə seçim prosesində iştirak edib. Seçim prosesi 4SİM-in təşkilatçılığı və əlaqələndirilməsi, həmçinin Təhsil Nazirliyinin dəstəyi ilə keçirilib. Tələbələrdən 15 nəfəri qlobal texnologiya şirkətləri tərəfindən keçiriləcək təlimlərdə iştirak hüququ qazanıb. Təlimlər, ilk mərhələdə ödənişsiz olmaqla, 4-8 ay müddətində onlayn şəkildə “QA mühəndislik”, “FrontEnd” və “Java” üzrə qruplarda keçiriləcək. Artıq “QA mühəndislik” üzrə təlimlərə başlanılıb.

Gələcəkdə layihənin daha da genişləndirilməsi və iştirakçı şirkətlərin Azərbaycanda filiallarının yaradılması nəzərdə tutulur.

Mission News Theme by Compete Themes.