Press "Enter" to skip to content

Xarici İşlər naziri İtaliyanın yeni səfirini qəbul edib

Son yeniləmə: 1 İyun 2021 18:59

Bayraqdar.info – Bu gün Xarici İşlər naziri Ceyhun Bayramov İtaliyanın ölkəmizə yeni təyin edilmiş səfiri Klaudio Taffurini qəbul edib.

XİN-dən bayraqdar.info-ya verilən məlumata görə, səfir K.Taffuri etimadnaməsinin surətini nazir C.Bayramova təqdim edib.

C.Bayramov K.Taffurini Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Söhbət əsnasında C.Bayramov Azərbaycanla İtaliya arasında yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin mövcud olduğunu vurğulayıb. O, bu münasibətlərin gələcəkdə daha da inkişaf etdirilməsi perspektivləri barədə danışıb. Yeni səfirin fəaliyyəti dövründə bu xüsusda uğurlu nəticələrin əldə olunacağına inamını ifadə edib.

Səfirə münaqişə sonrası bölgədə mövcud olan vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məlumat verilib. Azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərindən söhbət açılıb. Nazir, Azərbaycan və Ermənistan arasında mövcud olan fikir ayrılıqları barədə da danışıb. Həmçinin sərhəd gərginliyi məsələlərinin danışıqlar yolu ilə həllinin vacibliyini vurğulayıb.

Səfir K.Taffuri isə ikitərəfli münasibətlərin genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib. Diplomat bütün istiqamətlər üzrə əməkdaşlığın inkişafı istiqamətində müvafiq addımların atılacağını qeyd edib.

Görüşdə tərəflər ikitərəfli əməkdaşlıq gündəliyi üzrə ümumi fikir mübadiləsi də aparıb.

Mission News Theme by Compete Themes.