Bayraqdar.info – “İyunun 1-də Təhsil Nazirliyi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimayi Birliyinin təşkilatçılığı ilə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Biz Zəfərin övladlarıyıq” adlı tədbir keçirilib.”
Bu haqda xəbəri Təhsil Nazirliyi yayıb.
Görüşdə nazir Emin Əmrullayev də iştirak edib və 50-dək şəhid övladı iştirak edib. Bölgələrdən olan şəhid övladları görüşə onlayn qatılıb.
“Uşaqları təbrik edən Təhsil naziri hər zaman dövlət səviyyəsində onlara göstərilən xüsusi diqqət və qayğıdan danışıb. Nazir uşaqların sağlam və firavan böyüməsinin, rifahının yüksəldilməsinin dövlət siyasətinin başlıca vəzifələrindən biri olduğunu qeyd edib. Təhsil naziri həmçinin 44 günlük Vətən Müharibəsi zamanı şəhid olan şagirdlərimizi anıb. Vətən müharibəsində qazanılan zəfərdə təhsil işçilərinin də rolunu vurğulayan Emin Əmrullayev şəhidlərimizi dərin ehtiramla yad edib, qazi və əsgərlərimizə cansağlığı arzulayıb”, – deyə xəbərdə bildirilir.
O da bildirilir ki, E.Əmrullayev şagirdlərə öz tövsiyələrini verib, onların suallarını cavablandırıb.
Tədbirdə şagirdlərin hazırladıqları musiqili kompozisiya təqdim edilib.