Press "Enter" to skip to content

Rum tərəfində radikal millətçilik meylləri artmaqdadır

Bayraqdar.info – “Rum tərəfində millətçilik meylləri artmaqdadır”. Bunu Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar Güney Kıbrısda keçirilən seçkilərin nəticələrini dəyərləndirərkən deyib.

KKTC Cümhurbaşqanlığından verilən məlumata görə, E.Tatar deyib ki, bu nəticələr rum tərəfində millətçi və radikal düşüncələrin getdikcə artdığını göstərir. Həm rum tərəfindəki təhsil sistemində radikal millətçi ünsürlərin fəaliyyəti, həm də idman zallarında cərəyan edən proseslər seçkilərin nəticəsində özünü biruzə verib.

Seçkiləri hazırda rum tərəfində türklərə qarşı nifrət aşılayan faşist ELAM tipli partiyalara qarşı tədbirin görülməməsinin nəticəsi kimi dəyərləndirmək olar: “Üstəlik Rum Ortodoks Kilsəsinin də bunlara dəstək verməsi ELAM-ın səslərinin artmasının ən böyük səbəbidir”.

Məlumat üşün bildirək ki, seçkilərin nəticəsində rum tərəfinin lideri Nikos Anastasiadisin ruhani liderliyni etdiyi EOKA-çıların partiyası birinci olub.

1950-ci ildə həyata keçirilən Enosis planına Rum Ortodoks Kilsəsi ilə birlikdə öncüllük edən sol təmayüllü AKEL isə böyük səs faizi itirərək ikinci olub. 1950-ci ildə Rum Məclisində qəbul edilən Enosis qərarının altında imzası olan bu partiya hazırda federasiyalı həll variantını dəstəkləyir.

Makariosçuların partiyası kimi tanınan və Enosis planını dəstəkləyən DIKO üçüncü yerdə qərarlaşıb. Yenə də Enosis planını müdafiə edən və Kıbrıs türk xalqını qəbul etməyən faşist ELAM partiyası dördüncü olub.

Zəruri xatırlatma: Yunanıstanın Kıbrıs adasını özünə birləşdirmək üçün ötən əsrin 40-cı illərində başlatdığı Enosis (birləşmək) siyasəti nəticəsində 1960-70-ci illərdə Kıbrıs türklərinin başına dəhşətli faciələr gəlib. Bu işdə 1955-ci ildə məhz Yunanıstanın birbaşa rəhbərliyi ilə yaradılan EOKA (Ethniki Oraganosis Kyprion Agoniston – Kipr Yunanlarının Azadlığı Təşkilatı) terror təşkilatı çoxsaylı qanlı cinayətlər törədib.

Mission News Theme by Compete Themes.