Press "Enter" to skip to content

Həssas əhali qrupuna aid tələbələrin müraciətlərinin qəbulu

Bayraqdar.info – Nazirliyin elektron portalı vasitəsilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin müraciətlərinin qəbulu iyunun 7-dək aktiv olacaq.

Təhsil Nazirliyindən verilən xəbərə görə, həssas əhali qrupuna aid tələbələrin təhsil haqqı xərclərini dövlət ödəyəcək.

Artıq mayın 31-i saat 20:00-dək olan məlumata əsasən, portal vasitəsilə ümumilikdə 26 min 164 müraciət edilib.

Nazirlik qeyd edir ki, 2020-2021-ci tədris ilinin payız semestri üçün təhsil haqqını dövlətin ödəyəcəyi tələbələrin yaz semestri üçün portala müraciət etmələri tələb olunmur.

Bunun üçün həmin tələbələrin 2020-2021-ci tədris ilinin payız semestri üçün sistemdəki müraciətləri əsas götürüləcək. Buna hüququ olan tələbələrin təhsil xərcləri təhsil müəssisələrinə ödəniləcək və bu barədə tələbələrə məlumat göndəriləcək.

Mission News Theme by Compete Themes.