Bayraqdar.info – Beynəlxalq Arxivlər Şurası 7-11 iyun tarixlərini “Beynəlxalq arxivlər həftəsi” elan edib.
Beynəlxalq tədbir,
“Arxivlərin hüquq və imkanlarının genişləndirilməsi;
Hesabatlılıq və şəffaflıq;
Əməkdaşlıq şəbəkələrinin yaradılması;
Müxtəliflik və inkluzivlik” şüarı altında qeyd ediləcək.
Milli Arxiv İdarəsindən bildirilib ki, 5 gün müddətində keçiriləcək tədbirlər sırasına 40 mühazirəçinin çıxış edəcəyi 12 vebinar daxildir.
Vebinarlar “Arxiv sənədlərinin rəqəmsallaşmasında, arxiv işinin avtomatlaşdırılmasında dünya təcrübəsi”, “Süni intellektin arxiv işində tətbiqi” və s. mövzular üzrə təşkil ediləcək.
Vebinarlar ingilis, fransız və ispan dillərində aparılacaq.