Press "Enter" to skip to content

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən yeni qanun

Bayraqdar.info – Əlillik müddəti bitən şəxsə sonrakı 6 ayda yenidən əlillik təyin olunduqda, ötürülmüş müddət nəzərə alınacaq. Bununla bağlı təklif Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan yeni qanun layihəsində öz əksini tapıb.

Nazirlik “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunda dəyişiklik edilməsi barədə yeni qanun layihəsi hazırlayıb. Layihə artıq Milli Məclisə təqdim edilib.

Nazirlikdən bayraqdar.info-ya verilən məlumata görə, yeni qanun layihəsi əlilliyi olan şəxslərin hüquqlarının daha dolğun təminatı məqsədilə hazırlanıb: “Layihədə əlillik müddəti bitdikdən sonra 6 ay ərzində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, ötürülmüş müddətin nəzərə alınması təklifi yer alıb”.

Yəni əgər şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə o, bundan yararlana biləcək. Çünki yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən rəsmiləşəcək. Həmin müddət üçün də vətəndaşın sosial ödənişləri aparılacaq.

Mission News Theme by Compete Themes.