Press "Enter" to skip to content

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbirlər

Bayraqdar.info – Dövlət Turizm Agentliyi 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbirlər təşkil edəcək.

Agentlikdən bayraqdar.info-ya verilən məlumatda belə deyilir.

Qeyd edilir ki, tədbirlərin bir qismi Agentliyin tabeliyindəki “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda təşkil ediləcək. Qoruqda gün ərzində uşaqlar üçün interaktiv və əyləncəli oyunlar keçiriləcək. Həmçinin Kromlex daş sərgisi və muzeylə tanışlıq, məktəblilərdən ibarət musiqi və rəqs qruplarının çıxışı nəzərdə tutulub.

Bundan başqa bir sıra məktəblərin şagirdləri və müəllim heyəti üçün onlayn video-konfrans keçiriləcək.

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Şəki Tarix-Diyarşünaslıq Muzeyində də azyaşlı ziyarətçilər üçün əyləncəli tədbirlər təşkil olunacaq. “Kiş” Tarix-Memarlıq Qoruğunda yerli sənətkarların, eləcə də uşaqların taxta üzərində oyma və tikmə işlərindən ibarət əl işləri nümayiş etdiriləcək.

Qeyd edək ki, “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, “Kiş” Tarix-Memarlıq Qoruğu və Şəki Tarix-Diyarşünaslıq Muzeyinə 18 yaşadək uşaqların girişi ödənişsizdir.

Mission News Theme by Compete Themes.