Bayraqdar.info – Azərbaycanın Baş naziri Əli Əsədov mayın 31-də Türkiyənin Azərbaycanda fəaliyyətə başlamış yeni səfiri Cahit Bağcını qəbul edib.
Bu haqda xəbəri bayraqdar.info-ya Nazirlər Kabinetinin Mətbuat xidmətindən veriblər.
“Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Baş nazir Türkiyə səfirinə Azərbaycandakı fəaliyyəti müddətində uğurlar arzulayıb”, – deyə xəbərdə bildirilir.