Son yeniləmə: 31 May 2021 12:02
Bayraqdar.info – Azərbaycan Badminton Federasiyası ilə Dünya Badminton Federasiyasının birgə əməkdaşlığı nəticəsində “BWF Membership Grants” layihəsi ilk dəfə ölkəmizdə “Shuttle Time” proqramının tətbiqinə başlayıb.
Bu barədə Azərbaycan Badminton Federasiyasından xəbər verilib.
Bayraqdar.info bildirir ki, ilk olaraq Lənkəranda idman müəllimləri üçün 4 günlük təlimlər keçirilib. Təlim iştirakçıları badmintonun nəzəri və praktiki biliklərinə yiyələnib.
Qarşıdakı günlərdə Qusar (1-4 iyun), Bakı (8-11 iyun), Sumqayıt (15-18 iyun) və Gəncədə (22-25 iyun) də “Shuttle Time” proqramı təşkil olunacaq.
Layihənin əsas məqsədi ölkəmizdə badmintonun kütləviliyinə nail olmaq, məktəblilər arasında bu idman növünə maraq oyatmaq və gənc badminton məşqçiləri hazırlamaqdır.
Layihə Dünya Badminton Federasiyası, Avropa Badminton Konfederasiyası, Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilir.