Press "Enter" to skip to content

Məktəblidən Türkiyəni “soyqırım”da suçlayanlara tutarlı cavab – VİDEO

Son yeniləmə: 31 May 2021 11:51

Bayraqdar.info – 9 yaşlı bədii qiraətçi Zəhra İmranlı Türkiyəni “erməni soyqırımı”nda ittiham edən, heç vaxt olmayan bir “soyqırımı” rəsmən tanımaqla Ankaraya təzyiq göstərmək istəyən qüvvələrə “Soykırım yalanı” şeiri ilə cavab verib.

Müəllifi jurnalist-tarixçı Seymur Əliyev olan və Türkiyə türkcəsində səsləndirilən şeirdə “erməni soyqırımı” yalanını müdafiə edənlərə öz qanlı tarixlərini yada salıb çox yaxın tarixə aid Xocalı soyqırımına nəzər salmaq tövsiyə olunur.

Şeirdə ermənilərin soyqırımına məruz qalmadığı, əksinə, onların özlərinin türklərə qarşı soyqırım həyata keçirdiyi vurğulanır.

Erməni saxtakarların “qurban” maskası altında gizlənən qatil olduğunu qeyd edən bədii qiraətçi xatırladır ki, qatili müdafiə etmək onun cinayətinə ortaq olmaq deməkdir.

Qeyd edək ki, Z.İmranlı Laçının 21 saylı məktəbinin şagirdidir.

https://www.youtube.com/watch?v=quBQ2oLM0Jk

 

Mission News Theme by Compete Themes.