Bayraqdar.info – “Lokmacı da daxil olmaqla bütün keçid qapılarının cümə günü açılması planlaşdırılır.”
Kuzey Kıbrıs Türk Cümhuriyyəti Cümhurbaşqanlığından verilən məlumata görə, bunu mətbuata açıqlamasında KKTC Cümhurbaşqanlığı özəl təmsilçisi Ergün Olgun bildirib.
Vurğulanıb ki, Ergün Olgunun bu gün kıbrıslı rum müzakirəçi Andreas Mavroyannis ilə görüşündə bu məsələyə dair fikir mübadiləsi aparılıb.
Görüşdə ötən cümə ikitərəfli Sağlamlıq Texniki Kömitəsinin tövsiyyə xarakterli qərarı müzakirə edilib.
Açıqlamasında bu məqama toxunan E.Olgun deyib: “Görüşdə bütün keçid qapılarının COVID-19 öncəsi şərtlərə uyğun işlək hala gətirilməsi üçün ilkin razılıq əldə etdik”.