Press "Enter" to skip to content

“Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun qəbul edildi

Şuşa. Gəncə qapısı

Son yeniləmə: 31 May 2021 12:16

Bayraqdar.info – Milli Məclisin mayın 31-də keçirilən plenar iclasında “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb və üçüncü oxunuşda qəbul edilib.

Parlamentin müzakirəsinə təqdim olunmuş qanun layihəsi Şuşa şəhərinin qorunmasının, bərpasının, öyrənilməsinin, inkişafının və təbliğinin hüquqi və təşkilati əsaslarını müəyyənləşdirir.

On beş maddədən ibarət layihəyə əsasən, Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa Şəhəri Dövlət Qoruğu yaradılır.

Bayraqdar.info MM-ə istinadla xəbər verir ki, qanun layihəsi Şuşa şəhərində dövlət siyasətinin əsas istiqamətlərini müəyyən edəcək. Layihə Şuşa ərazisində tikinti, memarlıq və şəhərsalma fəaliyyətini, nəqliyyatın təşkilini, mənzil fondunun idarə edilməsini, sahibkarlıq, reklam, turizm və digər fəaliyyətləri tənzimləyəcək. Həmçinin, Şuşada beynəlxalq səviyyəli tədbirlərin keçirilməsini və digər bir sıra mühüm məsələləri də əhatə edəcək.

Mission News Theme by Compete Themes.